Rusiya və ABŞ arasında yeni start yoxlama görüşü təxirə salınıb
Rusiya və Amerika Birləşmiş Ştatları (ABŞ) arasında Yeni Strateji Silahların Azaldılması Sazişinin (Yeni START) audit iclası təxirə salınıb.
1912311

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov mövzu ilə əlaqəli açıqlama verib. Bildirib ki, Rusiya ilə ABŞ arasında 2010-cu ildə imzalanmış və 2011-ci ildən qüvvəyə minən Yeni Strateji Silahların Azaldılması Sazişinin (Yeni START) icrası və nəzarəti ilə bağlı 29 noyabr-6 dekabr tarixləri arasında Misirin paytaxtı Qahirədə keçirilməsi planlaşdırılan təftiş iclası təxirə salınıb.
Rusiya rəsmisi 2026-cı ilə qədər qüvvədə olacaq müqavilə ilə bağlı audit iclasının niyə təxirə salındığını açıqlanmayıb. Yeni START çərçivəsində yoxlamaların bərpası məqsədi ilə Rusiya ilə ABŞ arasında danışıqlar aparılacaq deməklə kifayətlənib.
Әlaqәli Xәbәrlәr

Papa Fransisk Cənubi Sudana səfər edib
Katoliklərin ruhani lideri Papa Fransisk sülhü dəstəkləmək üçün Cənubi Sudana səfər edib.