Olaf Şolts: "Rusiya beynəlxalq hüququ vəhşicəsinə pozur"

Almaniya kansleri Olaf Şolts bildirib ki, fevralın 24-dən Ukraynaya qarşı müharibə aparan Rusiyanın beynəlxalq hüququ vəhşicəsinə pozması təəssüf doğurur.

1911670
Olaf Şolts: "Rusiya beynəlxalq hüququ vəhşicəsinə pozur"

Almaniya kansleri Olaf Şolts bildirib ki, fevralın 24-dən Ukraynaya qarşı müharibə aparan Rusiyanın beynəlxalq hüququ vəhşicəsinə pozması təəssüf doğurur.
Olaf Şolts "Focus" jurnalına verdiyi açıqlamada deyib ki, müharibə Avropaya qayıdıb. Qonşusundan (Ukraynadan) ərazi ələ keçirmək istəyən Rusiya administrasiyasının beynəlxalq hüququ vəhşicəsinə pozması təəssüf doğurur. Rusiya Avropadakı ölkələrin bir-biri ilə müharibə etdiyi dövrlərdə olduğu kimi ərazisini güc yolu ilə genişləndirməyə cəhd göstərir. Müharibə və imperializm Avropaya geri qayıdıb.

Ukraynadakı müharibənin Moskvanın planlaşdırdığından çox fərqli olduğuna diqqət çəkən O.Şolts "Nə vaxtsa, elə bir vaxt gələcək ki, Rusiya da bu ağır vəziyyətdən çıxış yolu axtaracaq. Qoşunların çıxarılması mərkəzi əhəmiyyət kəsb edir" deyib. 

Almaniya kansleri Ukraynadakı müharibənin beynəlxalq hüququn bütün qaydalarını pozduğunu vurğulayaraq deyib ki, Vladimir Putin bu müharibəyə görə məsuliyyət daşıyır. Orada inanılmaz dərəcədə amansız hərbi cinayətlər törədilib. Cinayətlərin üzə çıxarılmasına, məsuliyyət daşıyanların müəyyən edilməsinə və onların məsuliyyətə cəlb olunmasına kömək edəcəyik.



Әlaqәli Xәbәrlәr