Bu ölkələrdə siqaret satışı qadağan edildi

Belçika və Niderland siqaret satışını minimuma endirmək üçün tədbirləri daha da sərtləşdirib.

1911952
Bu ölkələrdə siqaret satışı qadağan edildi

TRT-nin BBC-yə  istinad  etdiyi   xəbərə   görə   tütün reklamları ilə bağlı sərt tədbirlər görən Belçika hökumətinin siqaret avtomatlarının ləğvi ilə bağlı qərarı parlamentdə təsdiqlənib.

Nümayəndələr Palatasının təsdiqlədiyi hökumətin yeni təklifinə əsasən, supermarketlərdən kənarda siqaret satan avtomatlar qadağan ediləcək.

Gələn il qüvvəyə minəcək qaydaya əsasən, siqaret satan avtomatlar yalnız supermarketlərin görünməyən hissəsində yerləşdiriləcək.

Bildirilib ki, tənzimləmə tütün məmulatlarını daha az əlçatan etmək və yetkinlik yaşına çatmayanlara siqaret satışına qoyulan qadağanın icrasını asanlaşdırmaq məqsədi daşıyır.

Qeyd edək ki, supermarketlərdə hələlik satış avtomatlarına icazə verilir.

 



Әlaqәli Xәbәrlәr