Avstraliyada terror təhlükəsi səviyyəsi ilk dəfə “yüksək”dən “aşağı” endi
Avstraliya Təhlükəsizlik Kəşfiyyat Agentliyinin (ASİO) rəhbəri Mayk Burgess mövzu ilə bağlı açıqlamasında deyib...

Avstraliyada terror təhlükəsi səviyyəsi 2014-cü ildən bəri ilk dəfə olaraq “güclü”dən “aşağı”ya endirilib.
Avstraliya Təhlükəsizlik Kəşfiyyat Agentliyinin (ASİO) rəhbəri Mayk Burgess mövzu ilə bağlı açıqlamasında deyib: "Bu, təhlükənin aradan qalxması demək deyil. Son bir neçə ildə Avstraliyada radikal millətçilik və ifrat sağçı ideologiya artıb.
2014-cü ildə terror təhlükəsi səviyyəsinin yüksəkdən aşağı düşməsindən bəri ölkədə 11 terror aktı törədilib, planlaşdırılan 21 hücumun qarşısı alınıb. Təəssüf ki, bəzi adamlar hələ də avstraliyalıları öldürməyi, söhbət otaqlarında nifrət dolu ideologiyaları yaymağı, qumbaraların hazırlanma qaydasını və silahların istifadəsini öyrətməyə davam edir”.
Әlaqәli Xәbәrlәr

Cozep Borrell: "Zəlzələnin nəticələrinin aradan qaldırılması üçün əlimizdən gələni etməyə hazırıq"
C.Borrell Belçikanın paytaxtı Brüsseldə Türkiyedən jurnalistlərə açıqlamalar verib.

Əfqanıstanda milyona yaxın uşaq kəskin qida çatışmazlığı ilə üz-üzədir
ÜST-ün Əfqanıstanla bağlı öz “twitter” hesabında bildirib...