Almaniyada dərman çatışmazlığı artaraq davam edir
Almaniyada 299 növ dərman ilə bağlı tədarük çatışmazlığı davam edir.
TRT xəbər verir ki, Almaniya Federal Dərmanlar və Tibbi Cihazlar İnstitutu (BfArM) öz saytında tədarükü hər gün daha da çətinləşən 299 dərmanın siyahısını dərc edib.
“BfArM”-dakı yazıda sözmövzusu dərmanların tədarükü ilə bağlı çatışmazlığın artmasına Çin və Hindistan kimi ölkələrdən satın alınan məhsulun vaxtında ölkəyə çatdırılmaması səbəb göstərilib.
Qeyd edək ki, Almaniyada çatışmayan dərmanlar arasında antibiotiklər, diabet, xərçəng, immunitetlə əlaqəli dərmanlar və ağrı kəsicilər ilk sırada iştirak edir.
Bild qəzetindəki xəbərdə isə yeni növ koronavirus (Covid-19) epidemiyası səbəbindən fabriklərin bağlanacağı təqdirdə tədarük probleminin daha da pisləşə biləcəyinə diqqət çəkilib. Qeyd edilib ki, ölkədəki apteklərdə hər iki dərman reseptindən biri anbarda yoxdur və tədarükü üçün uzun müddət gözlənilməlidir.