ABŞ-da minlərlə insan işıqsız qalıb

Buna Merilend ştatında kiçik təyyarənin yüksək gərginlikli xəttə çırpılması səbəb olub.

1911738
ABŞ-da minlərlə insan işıqsız qalıb

Montqomeri Dairəsi Yanğın və Xilasetmə Xidmətinin zabiti Pit Pirinqer bildirib ki, kiçik təyyarə Qaithersburq əyalətində yüksək gərginlikli xəttə çırpıldıqdan sonra 30 metr hündürlükdə havada qalıb.

Pirinqerin sözlərinə görə təyyarədəki 3 nəfərlə əlaqə saxlanılıb və onların vəziyyəti yaxşıdır. Lakin qəza səbəbiylə bölgədə təxminən 88 min insan işıqsız qalıb.



Әlaqәli Xәbәrlәr