Yens Stoltenberq: ''Türkiyenin taxıl sazişi ilə bağlı göstərdiyi səyləri yüksək qiymətləndirirəm''
NATO-nun baş katibi Yens Stoltenberq Türkiyenin taxıl sazişinin uzadılması üçün göstərdiyi səyləri yüksək qiymətləndirdiklərini bildirib.

NATO-nun baş katibi Yens Stoltenberq Türkiyenin taxıl sazişinin uzadılması üçün göstərdiyi səyləri yüksək qiymətləndirdiklərini bildirib.
Yens Stoltenberq Belçikanın paytaxtı Brüsseldə Ukrayna Prezidenti Volodimir Zelenskinin təşəbbüsü ilə təşkil edilən “Ukraynadan taxıl” sammitində Qolodomor faciəsinə toxunub.
“Rusiya aclıqdan bu gün Ukraynaya qarşı silah kimi istifadə edir'' deyən Stoltenberq NATO müttəfiqlərinin və Avropa İttifaqının (Aİ) Ukraynadan quru yolu ilə ərzaq daşımaq səylərini alqışladığını bildirib.
Stoltenberq deyib: ''Türkiyenin taxıl sazişinin uzadılması üçün göstərdiyi səyləri alqışlayıram. Bir müddət əvvəl İstanbulda prezident Rəcəb Tayyib Ərdoğanla keçirdiyim görüş zamanı Boğazdakı taxıl gəmilərini gördüm''.
Әlaqәli Xәbәrlәr

Misirdəki Əl-Əzhər Şeyxindən ümumdünyaya çağırış
Misirdəki Əl-Əzhər Şeyxi ümumdünyanı Türkiyedəki zəlzələ qurbanlarına yardıma çağırıb.