İsveç baş naziri Üçtərəfli Memorandumu qiymətləndirib

İsveç baş naziri Ulf Kristersson Türkiyəyə verdikləri vədləri yerinə yetirəcəklərini bildirib.

1911343
İsveç baş naziri Üçtərəfli Memorandumu qiymətləndirib

İsveç baş naziri Ulf Kristersson Türkiyəyə verdikləri vədləri yerinə yetirəcəklərini bildirib.
"Dagens Nyheter" qəzetinə müsahibə verən Ulf Kristersson iyunun 28-də NATO-nun Madriddə keçirilən sammitində Türkiyə, Finlandiya və İsveç arasında imzalanan Üçtərəfli Memorandumu qiymətləndirib.
Ulf Kristersson deyib:"Düzünü desəm, bu, Üçtərəfli Memorandum deyil, Finlandiya və İsveçin Türkiyəyə təhlükəsizliklə bağlı söz verdiyi razılaşmadır. Türkiyəyə verdiyimiz vədləri yerinə yetirəcəyik''
Gələn ilin yazında qüvvəyə minməsi gözlənilən yeni terror qanununu xatırladan Ulf Kristersson deyib:"Qanunla bağlı Türkiyə ilə danışıqlar aparırıq''.
Kristersson Türkiyənin İsveçin NATO-ya üzvlüyünə razılıq prosesinin uzadılmasına da toxunaraq deyib: "Hazırda məsələ Türkiyənin əlindədir və mən Türkiyənin fikrinə hörmət edirəm. İsveç və Finlandiya olaraq Türkiyə ilə imzaladığımız müqavilə Türkiyənin təhlükəsizliyinə çox ciddi yanaşdığımızı göstərir".



Әlaqәli Xәbәrlәr