Ukrayna ilə Rusiya arasında əsir mübadiləsi aparılıb

Bu barədə Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak rəsmi Telegram kanalında yazıb.

1910887
Ukrayna ilə Rusiya arasında əsir mübadiləsi aparılıb

Ukrayna ilə Rusiya arasında növbəti əsir mübadiləsi baş tutub.
Bu barədə Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak rəsmi Telegram kanalında yazıb.
Yermak bildirib ki, Ukraynanın Mariupol şəhərindəki Azovstal zavodunda və İlan adasında döyüşərkən əsir düşən əsgərlər azad olunub.
Yermak deyib: "Bu gün 2-si zabit olmaqla 50 ukraynalı əsgəri azad etdik. Onlardan 20-si Milli Qvardiya, 12-si Hərbi Dəniz Qüvvələri, 10-u Ukrayna Silahlı Qüvvələri, 6-sı sərhədçi, 2-si isə könüllü hərbçidir''.
Rusiya Müdafiə Nazirliyinin verdiyi açıqlamaya görə, Ukrayna tərəfi ilə aparılan danışıqlar nəticəsində 50 rus əsgəri azad edilib.
Əsgərlərə lazımi tibbi və psixoloji dəstəyin verildiyi, həmin şəxslərin nazirliyə məxsus təyyarələrlə paytaxt Moskvaya aparılacağı bildirilib.
Ötən gün Rusiya ilə Ukrayna arasında aparılan əsir mübadiləsi nəticəsində 35-i mülki vətəndaş olmaqla 35 rus əsgəri və 36 ukraynalı azad edilmişdi.



Әlaqәli Xәbәrlәr