İndoneziyada baş verən zəlzələ nəticəsində ölənlərin sayı 310 nəfərə çatıb

Noyabrın 21-də İndoneziyanın Qərbi Yava əyalətində baş verən 5,6 bal gücündə zəlzələ nəticəsində həyatını itirənlərin sayı 310-a yüksəlib.

1911157

İndoneziya Milli Fəlakət İdarəetmə Agentliyindən verilən açıqlamada Ciranjang şəhərinin 18 kilometr cənub-qərbində baş verən zəlzələ nəticəsində 24 nəfərin itkin düşdüyü bildirilib.

Səlahiyyətlilər zəlzələ nəticəsində həyatını itirənlərin sayının 310-a yüksəldiyini açıqlayıb.

Amerika Birləşmiş Ştatları Geoloji Xidməti (USGS) İndoneziyanın Qərbi Yava əyalətindəki Ciranjang şəhərindən 18 kilometr cənub-qərbdə baş verən 5,6 bal gücündə zəlzələnin ocağının 10 kilometr dərinlikdə qeydə alındığını bildirib.

Paytaxt Cakartada bir neçə saniyəlik sarsıntıya səbəb olan zəlzələdən sonra sunami təhlükəsi ilə bağlı xəbərdarlıq edilməyib.

Әlaqәli Xәbәrlәr