Somalidə Şəbab üzvləri zərərsizləşdirilib

Somalidə Əş-Şəbab terror təşkilatına qarşı həyata keçirilən əməliyyatda təşkilatın 49 üzvü zərərsizləşdirilib

1910687
Somalidə Şəbab üzvləri zərərsizləşdirilib

 

  Somalidə Əş-Şəbab terror təşkilatına qarşı həyata keçirilən əməliyyatda təşkilatın 49 üzvü zərərsizləşdirilib.

  Somali İnformasiya Nazirliyindən verilən açıqlamaya görə, Milli Təhlükəsizlik və Kəşfiyyat İdarəsinin Xüsusi Təyinatlı və Silahlı Qüvvələrin iştirakı ilə Buulo Madiino bölgəsində təşkilata qarşı genişmiqyaslı əməliyyat keçirilib.

  Qeyd edilib ki, beynəlxalq dost qüvvələrin də dəstək verdiyi əməliyyat nəticəsində Əş-şəbabın bütün silah və sürsatları dağıdılıb. 49 üzvü zərərsizləşdirilib.

 



Әlaqәli Xәbәrlәr