ABŞ-dan Ukraynaya 400 milyon dollarlıq əlavə hərbi dəstək

ABŞ dövlət katibi Antoni Blinken Amerika ordusunun inventarından Ukraynaya 400 milyon dollarlıq əlavə sursat və texnika verəcəklərini açıqlayıb.

1910398
ABŞ-dan Ukraynaya 400 milyon dollarlıq əlavə hərbi dəstək

Blinken: “Birləşmiş Ştatlar Kremlin kritik enerji infrastrukturuna qəddar hücumları da daxil olmaqla, Ukraynanın özünü müdafiə etməsinə kömək etmək üçün əlavə hərbi yardımla Ukraynaya dəstəyini davam etdirir”.

Prezident Co Baydenin verdiyi səlahiyyətə əsaslanaraq 26-cı dəfə silah və texnikanı ABŞ inventarından çıxaracaqlarını ifadə edən Blinken, Müdafiə Nazirliyinin inventarından çıxarılan 400 milyon dollarlıq paketin içərisində əlavə silah- sursat olduğunu deyib.

Blinkenin sözlərinə görə əlavə paketlə Ukraynaya ümumi hərbi yardım təxminən 19,7 milyard dollara çatacaq.Verdiyimiz artilleriya sursatları, dəqiq atışlar, hava hücumundan müdafiə raketləri və taktiki texnikalar döyüş meydanında Ukraynanın gücünü artıracaq.

 



Әlaqәli Xәbәrlәr