Kolumbiyada təyyarə qəzaya uğrayıb, 8 nəfər ölüb

Kolumbiyanın Medellin şəhərində kiçik mühərrikli təyyarə yaşayış massivi üzərində qəzaya uğrayıb.

1909202
Kolumbiyada təyyarə qəzaya uğrayıb, 8 nəfər ölüb

TRT-nin xarici mətbuata istinad etdiyi xəbərə görə qəza nəticəsində 8 nəfər həyatını itirib, 4 evə ziyan dəyib.

Tibb işçiləri həyatını itirənlərdən 6-sının sərnişin, 2-nin isə ekipaj üzvü olduğunu açıqlayıblar.

Medellin şəhərinin meri Daniel Kintero “Wings Trade Support” şirkətinə aid olan və şəxsi səyahətlər üçün icarəyə götürülən təyyarənin “Olaya Herrera” hava limanından qalxdıqdan sonra mühərrikində nasazlıq yarandığını və eniş etmək üçün hava limanına qayıdarkən qəzaya uğradığını bildirib.



Әlaqәli Xәbәrlәr