BMT Mədəniyyətlər İttifaqının IX Qlobal Forumu

BMT Mədəniyyətlər İttifaqının xüsusi nümayəndəsi Migel Anxel Moratinos (Miguel Angel Moratinos) forumun açılış nitqində söyləyib...

1909661
BMT Mədəniyyətlər İttifaqının IX Qlobal Forumu

 

  Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreş bildirib ki, bütün dünyada şimal və cənub ölkələri arasında problemlər və fikir ayrılığı artmaqdadır.

  Mərakeşin Fes şəhərində BMT Mədəniyyətlər İttifaqının IX Qlobal Forumunun açılışında çıxış edən A.Qutereş problemlərə diqqət çəkərək deyib: “Dünyanın şimal və cənub ölkələri arasında geostrateji və iqtisadi böhranlar da daxil olmaqla fikir ayrılıqları artır. Rusiya-Ukrayna müharibəsi də bunlardan biridir və bütün insanlara təsir edib.

  Dünya etibarını itirir. Bu da insan haqları ilə bağlı problemlər yaradır”.

  BMT Mədəniyyətlər İttifaqının xüsusi nümayəndəsi Migel Anxel Moratinos (Miguel Angel Moratinos) forumun açılış nitqində söyləyib: “Biz sülh naminə müttəfiqliyə nail olmaq üçün həmişəkindən daha çox şey etməliyik. Mədəniyyətlər arasında münaqişə yoxdur. Siyasətdə maraqlar toqquşması və hegemonluq iddiası var.

  Sülh və rifahı təmin etmək hazırlıqlar görmək lazımdır.

  Qeyd edək ki, Fes şəhərində BMT Mədəniyyətlər İttifaqının IX Qlobal Forumu və bu çərçivədə Dostlar Qrupunun Nazirlər Toplantısı keçirilir.

  İki günlük forumda birgəyaşayışın zəruriliyi, müxtəlifliyin və mədəni zənginliyin təşviqi müzakirə olunur.

  Noyabrın 22-də başlayan və 50 ölkənin müxtəlif nazirlər səviyyəsində təmsil olunduğu BMT Mədəniyyətlər İttifaqının IX Qlobal Forumuna 96 ölkədən nümayəndə heyətləri, müxtəlif mədəniyyətlərə hörmət və anlayış üçün çalışan mindən çox fəal iştirak edir.



Әlaqәli Xәbәrlәr