ABŞ və Çin müdafiə nazirləri bir araya gəldi

ABŞ Müdafiə Nazirliyinin sözçüsü Pat Rider görüşlə bağlı verdiyi açıqlamada bildirib...

1909288
ABŞ və Çin müdafiə nazirləri bir araya gəldi

 

  Amerika Birləşmiş Ştatlarının müdafiə naziri Lloyd Ostin (Llooyd Austin) və Çin müdafiə naziri general Vey Fınqhi Cənub-Şərqi Asiya Millətləri Assosiasiyasının (ASEAN) genişlənmiş müdafiə nazirləri toplantısı üçün getdikləri Kambocanın Siem Reap şəhərində görüşüblər.

  Görüş iki nazirin iyun ayında Sinqapurda keçirilən Şanqri-La Dialoq Müdafiə Forumundan sonra bu il ikinci təkbətək görüşü olub.

  ABŞ Müdafiə Nazirliyinin sözçüsü Pat Rider görüşlə bağlı verdiyi açıqlamada bildirib: “L.Ostin Çin hərbi maşınlarının Hind-Sakit okean bölgəsində artan təhlükəli hərəkətlərindən narahatlığını ifadə edib. Belə ki, Çin təyyarələrinin təhlükəli davranışı bölgədə qəza riskini artırıb. Strateji riskləri azaltmaq və əməliyyat təhlükəsizliyini təmin etmək üçün dialoqa ehtiyac var”.

  Sözügedən görüşlə bağlı Çin tərəfi hələlik açıqlama verməyib.

  Xatırladaq ki, iki ölkənin müdafiə nazirlərinin görüşü ötən həftə İndoneziyada keçirilən G-20 Sammiti çərçivəsində ABŞ və Çin başçılarının görüşündən sonra olub. Görüş zamanı ABŞ prezidenti Co Bayden çinli həmkarı Si Cinpinə bildirib ki, iki ölkə arasında rəqabətin münaqişəyə çevrilməməsi üçün rabitə kanalları açıq saxlanılmalıdır.



Әlaqәli Xәbәrlәr