ABŞ-da qar fırtınası üç nəfərin həyatına son qoyub

ABŞ-ın Nyu-York ştatının qərb və şimal bölgələrində təsirli olan qar fırtınası nəticəsində 3 nəfər həyatını itirib.

1908531
ABŞ-da qar fırtınası üç nəfərin həyatına son qoyub

ABŞ-ın Nyu-York ştatının qərb və şimal bölgələrində təsirli olan qar fırtınası nəticəsində 3 nəfər həyatını itirib.
Xüsusilə Nyu-Yorkun Buffalo şəhərində güclü qar gündəlik həyatı iflic edib.

Noyabrın 18-də axşam saatlarından bəridir davam edən qarın qalınlığı bir çox rayonlarda 1,8 metri keçib, nəqliyyat vasitələri yolda qalıb.

Şəhərdə iki nəfər qar fırtınası səbəbindən keççirdiyi infarkt nəticəsində dünyasını dəyişib.

İndiana ştatının Hamlet şəhərində bir nəfər avtomobilinin qar topasına çırpılması nəticəsində dünyasını dəyişib.

Nyu-York qubernatoru Kathy Hokul ABŞ Prezidenti Co Baydendən "federal fövqəladə vəziyyət" elan etməsini tələb edəcəyini bildirib.



Әlaqәli Xәbәrlәr