İqlim dəyişikliyi ilə bağlı fondun yaradılması təsdiqləndi

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP-27) 27-ci Tərəflər Konfransı iştirakçıları inkişaf etməkdə olan ölkələrə iqlim dəyişikliyinə görə dəyən itki və zərərə görə kompensasiya fondunun yaradılması təsdiqləyiblər

1908453
İqlim dəyişikliyi ilə bağlı fondun yaradılması təsdiqləndi

 

  Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP-27) Misirin Şarm əl-Şeyx şəhərində keçirilən 27-ci Tərəflər Konfransında iştirak edən nümayəndə heyətləri inkişaf etməkdə olan ölkələrə iqlim dəyişikliyinə görə dəyən itki və zərərə görə kompensasiya fondunun yaradılmasını təsdiqləyiblər.

  Noyabrın 18-də başa çatmalı olan, amma vaxtı uzadılan COP-27-nin uzun sürən danışıqlardan sonra 200 ölkə nümayəndələrinin iştirakı ilə plenar iclası keçirilib. Sözügedən yığıncaqda “İqlim dəyişikliyi nəticəsində inkişaf etməkdə olan ölkələrin məruz qaldığı itki və zərərlərin ödənilməsi üçün fondun yaradılması” qərarı verilib.

  Fondun əməliyyat təfərrüatları 2023-cü ilin sonuna qədər Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçirilməsi gözlənilən növbəti konfransda təsdiqlənmək məqsədi ilə daha sonra müəyyən ediləcək.

  COP-27-nin sədri, Misirin xarici işlər naziri Samih Şükri noyabrın 6-dan sürən sammitin iştirakçılarını razılaşmalara əməl etməyə və konfransın qətnamələrini təsdiqə çağırıb. O deyib ki, konfransda qəbul edilən qərarlar zərif tarazlığı və hazırda əldə oluna biləcək ən yüksək istəkləri əks etdirir”.



Әlaqәli Xәbәrlәr