Çin Prezidenti Papua Yeni Qvineyanın Baş naziri ilə görüşüb

Çin prezidenti Si Cinpin ölkəsinin Sakit okeandakı ada ölkələri ilə əlaqələrinin üçüncü tərəfi hədəf almadığını bildirib.

1908209
Çin Prezidenti Papua Yeni Qvineyanın Baş naziri ilə görüşüb

Çin prezidenti Si Cinpin ölkəsinin Sakit okeandakı ada ölkələri ilə əlaqələrinin üçüncü tərəfi hədəf almadığını bildirib.

Si Cinpin Taylandda keçirilən Asiya Sakit Okean İqtisadi Əməkdaşlıq sammitində Papua Yeni Qvineyanın Baş naziri Ceyms Marape ilə görüşüb.

Si Cinpin Çinin Sakit okeandakı ada ölkələri ilə bərabərlik, qarşılıqlı hörmət, şəffaflıq, əhatəlilik və qarşılıqla qazanmaq prinsipinə əsaslanan əlaqələr qurduğunu vurğulayıb.

Marape isə öz növbəsində Papua Yeni Qvineyanın Çin və Sakit okeandakı  ada ölkələri arasındakı əlaqələrin gücləndirilməsi üçün fəal şəkildə çalışacağını bildirib.



Әlaqәli Xәbәrlәr