Qətər, BƏƏ və Bəhreyn Türkiyenin taxıl sazişi ilə bağlı səylərini yüksək qiymətləndirib

Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn Türkiyə və Birləşmiş Millətlər Təşkilatının Ukraynadan taxıl daşınmasına dair razılaşmanın 4 ay uzadılması ilə əlaqədar göstərdiyi səyləri alqışlayıb.

1907791

Qətər Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada, taxıl sazişinin 120 gün uzadılmasının müsbət qarşılandığı bildirilib.
Açıqlamada Qətərin Türkiyə və Birləşmiş Millətlər Təşkilatının taxıl sazişinin uzadılması ilə əlaqədar göstərdiyi səylərin yüksək qiymətləndirdiyi vurğulanıb.
Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər Nazirliyi də Ukrayna limanlarından taxılın daşınmasına dair sazişin müddətinin uzadılmasını alqışladıqlarını bildirib.
Açıqlamada Türkiyə və BMT-nin göstərdiyi səylərin yüksək qiymətləndirildiyi, Ukrayna və Rusiyadan Qara dəniz vasitəsilə taxıl məhsullarının ixracının dünyadakı ərqaz böhranını aradan qaldırmağa kömək edəcəyi qeyd olunub. 
Bəhreyn Xarici İşlər Nazirliyindən verilən bəyanatda isə Türkiyə və BMT-nin sazişin uzadılması üçün göstərdiyi səyləri yüksək qiymətləndirilib.
Bəyanatda taxıl sazişinin 4 ay müddətinə uzadılmasının ərzaq problemi yaşayan ölkələrin yükünü yüngülləşdirilməsinə töhfə verəcəyini vurğulanıb.

Әlaqәli Xәbәrlәr