Nigeriyada silahlı insident, onlarla ölü və yaralı var

Nigeriyanın Plato ştatında silahlı hücum törədilib hadisə nəticəsində 18 nəfər həyatını itirib.

1907306
Nigeriyada silahlı insident, onlarla ölü və yaralı var

TRT-nin milli KİV-ə istinad etdiyi xəbərə görə Plato əyalətinin Maykatako bölgəsində motosikletli silahlı şəxslər hücum törədiblər. İnsidet nəticəsində 18 nəfər ölüb, çoxlu sayda yaralı var.

Polisin ictimaiyyətlə əlaqələr üzrə meneceri Alfred Alabo verdiyi açıqlamada yaralıların xəstəxanada yerləşdirildiyini, hadisənin törədildiyi əraziyə təhlükəsizlik qüvvələrinin cəlb olduduğunu bildirib.

Qeyd edək ki, ölkədə motosikletli şəxslər tərəfindən törədilən hücumlar artdığı üçün bəzi ştatlarda motosikletdən istifadə qadağan edilib.



Әlaqәli Xәbәrlәr