Dmitri Peskov әhәmiyyәtli bәyanatlar verib

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov taxıl sazişinin uzadılması ilə bağlı intensiv işlərin davam etdiyini bildirib.

1907095
Dmitri Peskov әhәmiyyәtli bәyanatlar verib

 

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov taxıl sazişinin uzadılması ilə bağlı intensiv işlərin davam etdiyini bildirib.

Dmitri Peskov paytaxt Moskvada verdiyi açıqlamada noyabrın 19-da başa çatacaq taxıl müqaviləsinin uzadılması ilə bağlı danışıqların davam etdiyini bildirib.

Mütəxəssislərin mövzu ilə bağlı çalışdığını bildirən Dmitri Peskov deyib: “Bildiyiniz kimi, söhbət əsasən Rusiya məhsullarının ixracına qoyulan məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı razılaşmalardan gedir. Birləşmiş Millətlər Təşkilatı ilə konstruktiv görüşlər keçirilir”.

Rusiya məhsullarına qoyulan məhdudiyyətlər də daxil olmaqla danışıqların həllini gözlədiklərini vurğulayan Dmitri Peskov deyib:

“Taxıl sazişinin müddətinin uzadılması istiqamətində müsbət irəliləyişlər var, lakin əvvəlki razılaşmaların tam şəkildə yerinə yetirilməsini təmin etmək lazımdır”.

Rusiya Prezidentinin mətbuat katibi noyabrın 15-də Polşanın Ukrayna ilə sərhədindəki Prjevodov kəndinə raket zərbəsi endirilməsi və 2 nəfərin həyatını itirməsi barədə də danışıb.

“Biz heç bir real məlumatlara əsaslanmayan daha bir anti-Rusiya reaksiyasının şahidi olduq. Əslində müxtəlif ölkələrin nümayəndələri nə baş verdiyini dəqiq anlamadan bəyanatlar verdilər”,-deyə Rusiya Prezidentinin mətbuat katibi qeyd edib.

“Şimal axını” boru kəmərlərinə qarşı təxribatda oxşar reaksiya ilə qarşılaşmadıqlarını vurğulayan Peskov deyib:“O vaxt belə reaksiya yox idi və heç kim təxribatı kimin törətdiyini öyrənməyə tələsmirdi”.

Dmitri Peskov hadisələrlə bağlı Amerika Birləşmiş Ştatlarının təmkinli yanaşmasını müsbət qiymətləndirdiklərini bildirib.

ABŞ-ın Polşa və digər ölkələrin tamamilə isterik cavabı ilə ziddiyyət təşkil edən təmkinli cavabına diqqəti cəlb etmək istərdim”,-deyə Rusiya Prezidentinin mətbuat katibi vurğulayıb.



Әlaqәli Xәbәrlәr