İş yenə Netanyahuya düşdü

Ölkə qanunvericiliyinə əsasən, B.Netanyahunun Nazirlər Kabinetini formalaşdırmaq üçün 28 gün vaxtı olacaq və onun bu müddəti daha 14 gün uzatmaq imkanı var

1905786
İş yenə Netanyahuya düşdü

 

  İsrail prezidenti İshak Hersoq noyabrın 11-də 25-ci Knessetin (parlament) nümayəndələri ilə Baş nazirin namizədliyinə dair üçgünlük məsləhətləşmələr raunduna yekun vurub.

  İsrailin Kan telekanalı xəbər verir ki, İsxak Hersoq noyabrın 13-də “Likud” partiyasının sədri Benyamin Netanyahuya hökumət koalisiyası və kabinet yaratmağı tapşırıb.

  Ölkə qanunvericiliyinə əsasən, B.Netanyahunun Nazirlər Kabinetini formalaşdırmaq üçün 28 gün vaxtı olacaq və onun bu müddəti daha 14 gün uzatmaq imkanı var. Əgər birinci namizəd həmin müddətdə hökuməti formalaşdıra bilməsə, bu cəhd ikinci namizədə keçəcək və ona müddəti uzatmaq hüququ olmadan 28 gün vaxt veriləcək.

  Xatırladaq ki, İsraildə noyabrın 1-də 2019-cu ildən bəri beşinci parlament seçkiləri keçirilib. Seçkinin nəticələrinə görə, birinci yeri 120 yerlik parlamentdə 32 yer qazanmış Benyamin Netanyahunun “Likud” partiyası, ikinci yeri 24 mandatla Yair Lapidin “Yeş Atid” partiyası tutub. Koalisiya qurulması uğurla nəticələnərsə, yeni hökumət və baş nazir and içəcək.

  İyulun 1-də vəzifəsinin icrasına başlayan İsrail Nazirlər Kabinetinin hazırkı rəhbəri Yair Lapid yeni baş nazir and içənədək keçid hökumətinə rəhbərlik edəcək.



Әlaqәli Xәbәrlәr