İqor Konaşenkov: ''Rusiya qoşunları Xerson vilayətindən çəkildi''

Rusiya Müdafiə Nazirliyi Xerson şəhərindəki müdafiə xəttinin tamamilə Dnepr çayının sol sahilinə çəkildiyini, çayın sağ sahilində isə hərbi birləşmələrin olmadığını açıqlayıb.

1905378

Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi İqor Konoşenkov Ukraynada hәyata keçirilәn әmәliyyatın gedişatı ilә bağlı mәlumat verib.
Rusiya ordusunun Xersondan çıxması ilə bağlı son vəziyyəti qiymətləndirən İqor Konaşenkov Xerson şəhərindəki müdafiə xəttinin tamamilə Dnepr çayının sol sahilinə çəkildiyini, çayın sağ sahilində isə hərbi birləşmələrin olmadığını açıqlayıb.
İqor Konaşenkov vurğulayıb ki, qoşunların çıxarılması zamanı şəxsi heyət və hərbi texnika itkisi olmayıb.
Dnepr çayının sağ sahilindəki mülki əhalinin təxliyyəsi üçün lazımi dəstəyi verdiklərini bildirən İqor Konaşenkov deyib:“Rusiya hərbi birləşmələri əvvəlcədən hazırlanmış müdafiə xətlərinə və mövqelərinə yerləşdirilib”. 
Qeyd edək ki, Xerson və Ukraynanın Donetsk, Luqansk və Zaparojye vilayətləri Rusiya Prezidenti Vladimir Putinin imzaladığı sənədlə sentyabrın 30-da qeyri-qanuni şəkildə ilhaq edilmişdi.

Әlaqәli Xәbәrlәr