“Covid-19” səbəbindən ölüm nisbəti 90 faiz azalıb

Ümumünyada yeni növ koronavirus (Covid-19) epidemiyası səbəbindən insan itkiləri fevral ayı ilə müqayisədə təxminən 90 faiz azalıb.

1904571
“Covid-19” səbəbindən ölüm nisbəti 90 faiz azalıb

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus keçirdiyi mətbuat konfransında “Covid-19” epidemiyası barədə danışıb.

Qebreyesus fevral ayında ümumdünyada “Covid-19” səbəbiylə 75 min nəfərin həyatını itirdiyini lakin sözmövzusu ölüm sayının keçən həftə təxminən 90% azalaraq 9400 nəfər olaraq qeydə alındığını vurğulayıb.

O: “Biz uzun bir yol qət etdik və bu şübhəsiz ki, nikbinlik üçün səbəbdir. Baxmayaraq bütün hökumətləri, icmaları və fərdi olaraq hərkəsi sayıq olmağa çağırırıq”.

Ümumdünya Səhiyyə Təşkilatının direktoru həmçinin vurğulayıb ki, “Covid-19” qarşısı alına və müalicə oluna bilən xəstəlikdir. Baxmayaraq həftədə 10 min insan bu səbəbdən həyatını itirir ki bu da xeyli yüksək rəqəm hesab edilir. İnkişaf etmiş və inkişaf etməmiş ölkələr arasında peyvəndlənmə nisbətində fərq hələ də yüksəkdir. Lakin “Covid-19”-un yeni variantları sürətlə çoxalmağa davam edir.



Әlaqәli Xәbәrlәr