BMT taxıl sazişinin uzadılması ilə bağlı Rusiya ilə görüş keçirəcək

Birləşmiş Millətlər Təşkilatı (BMT) Qara dəniz taxıl dəhlizi razılaşmasının yenilənməsi üçün İsveçrənin paytaxtı Cenevrədə Rusiya ilə görüşəcək.

1904670
BMT taxıl sazişinin uzadılması ilə bağlı Rusiya ilə görüş keçirəcək

Birləşmiş Millətlər Təşkilatı (BMT) Qara dəniz taxıl dəhlizi razılaşmasının yenilənməsi üçün İsveçrənin paytaxtı Cenevrədə Rusiya ilə görüşəcək.
BMT Baş katibinin sözçüsü Stefani Tremblay BMT-nin Ticarət və İnkişaf Konfransının (UNCTAD) Baş katibi Rebeka Qrinspan və BMT baş katibinin humanitar məsələlər üzrə müavini Martin Qriffitsin noyabrın 19-da başa çatacaq taxıl dəhlizi sazişinin uzadılması ilə bağlı rusiyalı rəsmilərlə Cenevrədə bir araya gələcəyini bildirib.
Stefani Tremblay deyib: "Biz bütün tərəfləri qanunun icrasını təmin etməyə və gəmilərin vaxtında təhlükəsiz və maneəsiz hərəkətini asanlaşdırmaq üçün xoş niyyət göstərməyə çağırırıq''.
Taxıl dəhlizinin kritik tədarük xətti olduğunu vurğulayan Tremblay lazım olan qidanın dünyaya çatdırılmasının vacibliyini qeyd edib.
BMT-nin məlumatına görə, avqustun 1-dən etibarən Ukraynadan 10 milyon tondan çox taxıl ixrac edilib.
Qlobal ərzaq böhranının həlli üçün Türkiyənin koordinasiyası ilə bağlanan taxıl daşınması sazişi iyulun 22-də İstanbulda prezident Rəcəb Tayyib Ərdoğanın himayəsində Ukrayna, Rusiya, Türkiyə və BMT arasında imzalanmışdı.



Әlaqәli Xәbәrlәr