Şolts və Bayden arasında telefon danışığı olub

Almaniya kansleri Olaf Şolts noyabrın 7-də ABŞ Prezidenti Co Baydenlə telefonla danışıb.

1903150
Şolts və Bayden arasında telefon danışığı olub

Almaniya kansleri Olaf Şolts noyabrın 7-də ABŞ Prezidenti Co Baydenlə telefonla danışıb.

Yayılan məlumata görə, Şolzun Baydenlə keçən həftə Çin Xalq Respublikasına etdiyi səfər və Ukraynadakı vəziyyətlə bağlı fikir mübadiləsi apardığı bildirilib.

Açıqlamada Olaf Şolts və Co Baydenin Çin Dövlət Başçısı Si Cinpinin nüvə silahının istifadəsi və təhdidinə qarşı açıq bəyanatını alqışladıqları vurğulanıb.

Telefın danışığı zamanı Bayden və Şolts Rusiyanın Ukraynada mülki infrastrukturu, xüsusilə enerji təchizatı obyektlərini bombalamağa davam etməsini pisləyib və iki lider rəsmi Kiyevə dəstəyi davam etdirmək əzmində olduqlarını bir daha bəyan ediblər.



Әlaqәli Xәbәrlәr