NATO-nun Baş katibi Yens Stoltenberq bu gün Türkiyedə səfərdə olacaq

TRT xəbər verir ki, Baş katibin Türkiyeyə reallaşdıracağı səfərlə bağlı alyansdan məlumat yayılıb.

1901507
NATO-nun Baş katibi Yens Stoltenberq bu gün Türkiyedə səfərdə olacaq

Bildirilib ki Baş katib Stoltenberq Türkiyedəki təmasları çərçivəsində prezident Rəcəb Tayyib Ərdoğan, Xarici işlər naziri Mövlud Çavuşoğlu və milli müdafiə naziri Hulusi Akarla görüşəcək.

Bu gün Xarici işlər naziri Çavuşoğlu ilə bir araya gələcək olan Stoltenberq sabah (4 noyabr) İstanbulda prezident Ərdoğanla görüşəcək. Həmin gün Çanaqqalaya keçəcək.

Stoltenberqin ölkəmizdə keçirəcəyi görüşlərdə İsveç və Finlandiyanın NATO-ya üzvlük prosesi başda olmaqla, Rusiya-Ukrayna müharibəsi ilə bağlı cərəyan edən proseslər müzakirə olunacaq.



Әlaqәli Xәbәrlәr