KXDR Şərq dənizi istiqamətində ballistik raketlər buraxdı

Bu barədə “Yonhap” agentliyi Cənubi Koreya silahlı qüvvələrinin birləşmiş qərargahına istinadla məlumat yayıb

1900889
KXDR Şərq dənizi istiqamətində ballistik raketlər buraxdı

 

  Koreya Xalq Demokratik Respublikası (KXDR) noyabrın 2-də Şərq (Yapon) dənizi istiqamətində 3 qısamənzilli ballistik raket buraxıb. Bu barədə “Yonhap” agentliyi Cənubi Koreya silahlı qüvvələrinin birləşmiş qərargahına istinadla məlumat yayıb.

  Şimali Koreyanın şərq sahilində yerləşən Vonsan şəhərindən yerli vaxtla saat 8:50 radələrində buraxılan raketlərdən biri Cənubi Koreya və Şimali Koreya arasındakı de-fakto sərhəd xətti üzərindən uçub.

  Qeyd edək ki, Şimali Koreya sentyabrın son günlərindən bəri bir neçə dəfə raket buraxılışı həyata keçirib. Sonuncu raket buraxılışı isə ABŞ və Cənubi Koreya hərbi hava qüvvələrinin beş ildən sonra ilk böyük birgə təlimi dövrünə təsadüf edir. Təlimlərdə Cənubi Koreya Hərbi Hava Qüvvələrindən F-35A qırıcıları, həmçinin F-15K və KF-16 təyyarələri də daxil olmaqla 140-a yaxın təyyarə iştirak edir. ABŞ Hərbi Hava Qüvvələri Yaponiyanın Okinava adasında yerləşən F-35B qırıcıları və EA-18 elektron döyüş təyyarələri də daxil olmaqla 100 texnika ilə təmsil olunur.



Әlaqәli Xәbәrlәr