Norveçdə helikopter qəzası nəticəsində 2 nəfər ölüb

Norveçdə helikopterin qəzaya uğraması nəticəsində 2 nəfər ölüb, 1 nəfər ağır yaralanıb.

1900623
Norveçdə helikopter qəzası nəticəsində 2 nəfər ölüb

Norveçdə helikopterin qəzaya uğraması nəticəsində 2 nəfər ölüb, 1 nəfər ağır yaralanıb.
Yerli polis  Verdal bölgəsində baş verən qəzadan sonra dərhal axtarış-xilasetmə işlərinə başlanıldığını bildirib.
Rəsmilər helikopterdə olan 3 nəfərdən 2-nin həyatını itirdiyini, 1-nin isə ağır yaralandığını bildirib.
Bildirilib ki, qəza helikopterin yaşayış məntəqələrindən aralıda pis əlverişsiz hava şəraiti səbəbindən bir neçə uğursuz eniş cəhdindən sonra baş verib.
Faktla bağlı araşdırma aparılır.



Әlaqәli Xәbәrlәr