BMT İrandakı terror aktını pisləyib

BMT İranın Şiraz şəhərində törədilən terror aktını pisləyərək, həlak olanların ailələrinə başsağlığı verib.

1898196
BMT İrandakı terror aktını pisləyib

BMT İranın Şiraz şəhərində törədilən terror aktını pisləyərək, həlak olanların ailələrinə başsağlığı verib.

Bu barədə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik keçirdiyi brifinqdə deyib.

“Terroru, xüsusən də dini obyektlərə edilən hücumları pisləyirik”, - o bildirib.

Qeyd edək ki, dünən səhər saatlarında İranın Şiraz şəhərindəki Şahçerax məqbərəsinə hücum zamanı 20 nəfər ölüb, onlarla insan yaralanıb.

Terror aktına görə məsuliyyəti DEAŞ terror qruplaşması üzərinə götürüb. Təşkilatın yaydığı məlumatda bildirilir ki, terrorçu qruplaşmanın yaraqlıları İranın cənubundakı Şahçeraq ziyarətgahında dindarlara atəş açıb.



Әlaqәli Xәbәrlәr