Volodimir Zelenski:''Avropanın təhlükəsizliyini təmin etmək üçün Rusiyaya qarşı mübarizə aparırıq''

Ukrayna prezidenti Volodimir Zelenski ölkəsinin Avropanın təhlükəsizliyini təmin etmək üçün Rusiyaya qarşı mübarizə apardığını deyib.

1897658

Almaniyanın paytaxtı Berlində keçirilən Ukraynanın yenidən qurulması konfransına videobağlantı vasitəsilə qatılan Zelenski deyib:
"Minlərlə ev, məktəblər, küçələr, qatar stansiyaları və atom elektrik stansiyaları yandırıldı və dağıdıldı. Ona görə də Ukraynaya qoyulan investisiya gələcək Aİ ölkəsinə qoyulan investisiyadır''.
Zelenski bildirib ki, Rusiya raketləri və İrana məxsus pilotsuz uçuş aparatları ölkəsinin enerji sektorunun üçdə birini məhv edib.
Volodimir Zelenski xəstəxanalar, məktəblər, yollar və digər mühüm infrastruktura qoyulacaq investisiyalarının təcili olaraq həyata keçirilməsinin vacibliyini vurğulayıb.
Gələn ilə dair büdcə kəsirini tarazlaşdırmaq üçün 38 milyard dollara ehtiyac olduğunu deyən Volodimir Zelenski bu pulla müəllimlərin, həkimlərin, pensionerlərin maaşlarının ödəniləcəyini bildirib.
Ukrayna lideri mənzillərin yenidən inşa edilməsinə böyük ehtiyac olduğunu qeyd edib.

Әlaqәli Xәbәrlәr