Olaf Şoltsa qarşı etiraz aksiyası keçirilib

Almaniyada qiymət artımına qarşı etiraz aksiyaları davam edir.

1897291
Olaf Şoltsa qarşı etiraz aksiyası keçirilib

Almaniyada qiymət artımına qarşı etiraz aksiyaları davam edir.

Məlumata görə, dönər qiymətləri ilə bağlı Almaniya kansleri Olaf Şoltsa qarşı etiraz aksiyası keçirilib. Olaf Şoltsa qarşı olan etiraz sosial mediada gündəmə gəlib.

Sosial mediada paylaşılan görüntülərdə Şoltsun Münhendəki görüşləri zamanı bir nəfər “Əziz Şolts, dönər 8 avrodur. Putinlə danış, dönər yenə 4 avro olsun”, deyib. 

Qeyd edək ki, Almaniya kansleri qiymət artımına etiraz edən şəxsə gülümsədikdən sonra ofis maşınına əyləşərək ərazini tərk edib.

Digər tərəfdən Almaniyanın şərqindəki bir çox şəhərdə minlərlə insan yüksək enerji qiymətlərinə və federal hökumətin yürütdüyü siyasətə qarşı öz etirazını bildirib.
Yerli polis Almaniyanın 12-dən çox şəhərində keçirilən aksiyalarda təxminən altı min adamın iştirak etdiyini vurğulayıb.



Әlaqәli Xәbәrlәr