Somalidə otelə hücum, onlarla ölü və yaralı var

Somalinin Kismayo şəhərində Tavakal otelinə bombalı hücum təşkil edilib.

1896663
Somalidə otelə hücum, onlarla ölü və yaralı var

 Jubbaland təhlükəsizlik üzrə nazir Yussuf Hussein Dhumal nadisə ilə bağlı məlumat yayıb. Bildirib ki, Partlayış nəticəsində 9 nəfər həyatını itirib, aralarında tələbələr və mülki vətəndaşların da olduğu 47 nəfər yaralanıb. Yaralılardan bəzilərinin vəziyyəti ağırdır.

Hücumun törədildiyi otelə yaxın məsafədə məktəb olduğu üçün yaralıların çoxu şagird olub. Qanlı hücumu törədənlərdən 4-ü təhlükəsizlik qüvvələri tərəfindən zərərsizləşdirilib.

Əş-Şəbab terror təşkilatının sözçüsü Abdiasis Əbu Musab hücuma görə məsuliyyəti üzərinə götürüb.



Әlaqәli Xәbәrlәr