İmran Xan seçki komissiyasını məhkəməyə verdi

Qeyd edək ki, qərar İmran Xan Milli Parlament və Pəncab Assambleyasına əlavə seçkilərdə qalib gəldikdən sonra verilib

1896432
İmran Xan seçki komissiyasını məhkəməyə verdi

 

  Pakistanda keçmiş baş nazir İmran Xan seçki komissiyasını onun siyasətlə məşğul olmasını qadağan etdiyi üçün məhkəməyə müraciət edib.

  İmran Xanın vəkili Əli Zəfər paytaxt İslamabadda verdiyi açıqlamada seçki komissiyasının qərarını İslamabad Ali Məhkəməsinə verdiklərini bildirib.

  Ə.Zəfər məhkəmənin seçki komissiyasının qərarını ləğv edəcəyinə ümid etdiyini söyləyib.

  Pakistanın hazırki baş naziri Şahbaz Şərif Lahorda verdiyi açıqlamada Pakistan Ədalət Hərəkatı (PTİ) partiyasının sədri İmran Xanı "sertifikatlı oğru" adlandırıb və PTİ tərəfdarlarının paytaxtı qarışdırmasına icazə verməyəcəklərini bildirib.

  Xatırladaq ki, Pakistan Mərkəzi Seçki Komissiyası keçmiş baş nazir İmran Xanın bu vəzifəsi müddətində aldığı hədiyyələri açıqlamadığı üçün onun siyasətlə məşğul olmasına qadağa qoyub.

  Pakistanın ədliyyə və hüquq naziri Əzəm Nazir Tarar İ.Xanın 5 il müddətinə siyasətdən uzaqlaşdırıldığını bildirib.

  Qeyd edək ki, qərar İmran Xan Milli Parlament və Pəncab Assambleyasına əlavə seçkilərdə qalib gəldikdən sonra verilib. Pakistanda 2022-ci il oktyabrın 16-da keçirilən əlavə seçkilərdə PTİ parlamentdəki ı 8 yerdən 6-nı, Pəncabda isə 3 yerdən 2-ni qazanmışdı.



Әlaqәli Xәbәrlәr