Nigeriyada silahlı hücum, ölәnlәr var

Nigeriyada heyvandarlıqla məşğul olan fulani icmaları ilə fermerlər arasında zaman zaman qarşıdurmaların yaşandığı Benue əyalətində törədilən silahlı hücum nəticəsində  18 nəfər həyatını itirib.

1895568

Yerli polis Wale Abassın verdiyi açıqlamada oktyabrın 18-də əyalətdə heyvandarlıqla  məşğul olan fulani icmasından  5 nəfərin öldürülməsindən sonra Qbeji bölgəsində qisas hücumunun həyata keçirildiyini bildirib.

Abass qeyd edib ki, hücumda biri polis məmuru olmaqla 18 nəfər ölüb, çox sayda adam yaralanıb.

Benue əyalətinin qubernatorunun təhlükəsizlik məsələri üzrə  müşaviri Paul Hemba yaralılara tibbi yardım göstərildiyini, təhlükəsizlik qüvvələrinin bölgəyə göndərildiyini və hadisə ilə bağlı araşdırma başlandığını bildirib.

Әlaqәli Xәbәrlәr