"İsrail NATO ölkələri ilə birlikdə Ukraynanı dəstəkləyir, lakin..." B.Qantz

İsrailin müdafiə naziri Benni Qantz sözügedən mövzu ilə bağlı bildirib...

1895114
"İsrail NATO ölkələri ilə birlikdə Ukraynanı dəstəkləyir, lakin..." B.Qantz

 

  "İsrail NATO ölkələri ilə birlikdə Ukraynanı dəstəkləyir, lakin rəsmi Kiyevi silahla təmin etmək niyyətində deyil", bu sözləri İsrailin müdafiə naziri Benni Qantz oktyabrın 19-da Avropa İttifaqına üzv ölkələrin səfirləri ilə görüşündə bildirib. O deyib: "İsrail bir sıra operativ mülahizələr səbəbindən Ukraynaya silah sistemləri tədarük etməyəcək. Biz keçmişdə etdiyimiz kimi, məhdudiyyətlər çərçivəsində Ukraynanı dəstəkləməyə davam edəcəyik. Eyni zamanda, İsrail Ukraynaya humanitar yardım göstərmək siyasətinə də sadiq qalır".



Әlaqәli Xәbәrlәr