Bu ölkədə ət yeyən bakteriyadan xəstəlik və ölüm halları artır

Florida Səhiyyə Departamentinin məlumatına görə...

1895112
Bu ölkədə ət yeyən bakteriyadan xəstəlik və ölüm halları artır

 

  ABŞ-ın Florida ştatında İan qasırğasından sonra ət yeyən bakteriyadan xəstəlik və ölüm halları günbəgün artıb.

  Florida Səhiyyə Departamentinin məlumatına görə, 2022-ci ilin 14 oktyabrına qədər ştatda 65 yoluxma və 11 ölüm hadisəsi olub.  

  İnfeksiyaların əksəriyyəti sentyabrın 28-də İan qasırğasının baş verdiyi Li ətrafında (Lee County) aşkar edilib.

  Amerikanın CNN telekanalı xəbər verib ki, Li ətrafında qeydə alınan 29 infeksiyadan ikisi və dörd ölümdən başqa hamısında bu diaqnoz qasırğadan sonra ortaya çıxıb.

  Qasırğadan sonra daşqın suları “Vibrio vulnificus” kimi yoluxucu xəstəliklər də daxil olmaqla bir çox risklər yaradıb. Sahil sularında xüsusilə, İan qasırğasının səbəb olduğu çirkab suların sızması bakterial səviyyələri artırıb. Açıq yaraları və ya kəsikləri olan insanlar buradakı dəniz suyu ilə birbaşa təmasda olunca “Vibrio vulnificus”a məruz qala bilir. Bu infeksiya immunitet sistemi zəif olan insanlar üçün xüsusilə təhlükəlidir.



Әlaqәli Xәbәrlәr