Yens Stoltenberq: "Ukraynaya qarşı nüvə silahından istifadənin Rusiya üçün ciddi nəticələri olacaq"

NATO-nun baş katibi Yens Stoltenberq Ukraynaya qarşı nüvə silahından istifadə edilərsə, bunun Rusiya üçün ciddi nəticələri olacağını bildirib.

1894769
Yens Stoltenberq: "Ukraynaya qarşı nüvə silahından istifadənin Rusiya üçün ciddi nəticələri olacaq"

NATO-nun baş katibi Yens Stoltenberq Ukraynaya qarşı nüvə silahından istifadə edilərsə, bunun Rusiya üçün ciddi nəticələri olacağını bildirib.

Almaniyanın paytaxtı Berlində Körber Fondunun təşkil etdiyi Berlin Xarici Siyasət Forumuna onlayn olaraq qatılan Yens Stoltenberq sualları cavablandırıb.

Y.Stoltenberq Rusiyanın Ukraynaya qarşı nüvə silahı istifadə riskinin az olmasına baxmayaraq məsələnin ciddiliyini vurğulayaraq, "Rusiya Ukraynada nüvə silahından istifadə edərsə, bunun ciddi nəticələri olacaq. Biz Rusiyaya nüvə müharibəsində qalib gəlməyin mümkün olmadığını və buna heç başlamamağı xatırladırıq”, deyə ifadə edib.

NATO-nun hər şeyə hazır olmalı olduğunu deyən Y.Stoltenberq Rusiyanın şantajının da qəbul edilməyəcəyini bildirib. NATO-nun mümkün hücuma hansı şəkildə reaksiya verəcəyini heç vaxt söyləməyəcəklərini ifadə edən Y.Stoltenberq bu reaksiyanın necə bir hücum olacağından asılı olduğunu bildirib.

Ukraynada kütləvi qırğın silahlarından istifadə ilə NATO müttəfiqinə hücum arasında fərq qoyulmalı olduğunu bildirən Y.Stoltenberq Alyansın üzvü olan birinə hücum ediləcəyi təqdirdə NATO-nun özünün müdafiə mexanizmlərinin olduğunu bildirib.

NATO-nun münaqişə tərəfi olmadığını vurğulayan baş katib qeyd edib ki, "Biz Ukraynanı dəstəkləyirik. Ukraynanın özünü müdafiə etmək hüququ var. Bu, Birləşmiş Millətlər Təşkilatının Konvensiyalarında təsbit olunmuş hüquqdur. Hər bir ölkənin, hər bir xalqın vəhşi hücuma qarşı özünü müdafiə etmək hüququ var. NATO-dakı müttəfiqlərimiz Ukraynaya öz haqqını müdafiə etmək işində yardım edir. Ona görə də biz münaqişə tərəfi deyilik”.

Bir ölkənin başqa bir ölkədən torpaq almaq cəhdinin qəbul edilməyəcəyini vurğulayan Y.Stoltenberq bu səbəbdən kəskin reaksiya verdiklərini söyləyib. Y.Stoltenberq müttəfiqlərin Ukraynaya hava hücumundan müdafiə sistemləri verməsinin vacib olduğunu bildirib və NATO-nun “yaxın günlərdə” Kiyevi pilotsuz təyyarələrə qarşı müdafiə sistemləri ilə də təmin edəcəyinə dair məlumat verib.



Әlaqәli Xәbәrlәr