Astanada Azәrbaycan, Rusiya vә Ermәnistan XİN rәhbәrlәrinin üçtәrәfli görüşü olub

Qazaxıstanın Astana şəhərində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov, Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov və Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan arasında üçtərəfli görüş keçirilib.

1892985
Astanada Azәrbaycan, Rusiya vә Ermәnistan XİN rәhbәrlәrinin üçtәrәfli görüşü olub

Oktyabrın 14-də Qazaxıstanın Astana şəhərində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov, Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov və Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan arasında üçtərəfli görüş keçirilib.

Rusiya Xarici İşlər Nazirliyindən verilən bəyanata görə,  iclasda çıxış edən Sergey Lavrov Azərbaycan və Ermənistan arasında nəqliyyat xətlərinin açılması, sülh sazişinin hazırlanması və iki ölkə arasında sərhəd xəttinin müəyyənləşdirilməsi lərinin gündəmdə olduğunu bildirib.

Azәrbaycan Xarici İşlər Nazirliyindәn bildirilib ki,nazir Ceyhun Bayramov sonuncu dəfə bu formatda görüşün bu ilin may ayında Düşənbədə keçirildiyini xatırladaraq, görüşün Düşənbədən sonra inkişaflar üzrə müzakirə aparılması üçün yaxşı imkan olduğunu qeyd edib. Xüsusən, sülh müqaviləsi ilə bağlı Cenevrədə oktyabrın 2-də ikitərəfli görüşün keçirildiyini və həmin görüşdə Azərbaycan tərəfindən sülh müqaviləsinin əsas elementlərinin Ermənistana təqdim olunduğunu, elementlər üzrə Ermənistan tərəfindən cavab gözləndiyini bildirib. Sülh müqaviləsinin baza prinsiplərinin hələ bu ilin fevral ayında Azərbaycan tərəfindən təqdim olunduğu, həm Azərbaycanın, həm də Ermənistanın Praqada keçirilmiş dördtərəfli görüşün yekununda bir-birinin ərazi bütövlüyü və suverenliyini qarşılıqlı tanımaq və hörmət etmək barədə razılığa gəldiyi, bunun sülh müqaviləsinin əsasını təşkil etdiyi nəzərə alınaraq müqavilənin imzalanması istiqamətində irəliləyiş kimi qəbul edildiyi vurğulanıb.

Görüşdə, eyni zamanda, Azərbaycanla Ermənistan arasında normallaşmanın müxtəlif istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb. Kommunikasiyaların açılması ilə bağlı üçtərəfli işçi qrupunda indiyə qədər aparılmış danışıqlar zamanı əldə edilmiş tərəqqi əsasında praktiki işə başlamağın vacib olduğu nazir Ceyhun Bayramov tərəfindən qeyd edilib. Delimitasiya üzrə komissiyaların artıq yaradıldığı, indiyə qədər iki görüşün keçirildiyi bildirilib. Üçüncü görüşün yaxın zamanlarda keçirilməsinin nəzərdə tutulduğu diqqətə çatdırılıb. Azərbaycanın bu prosesdə işin konkret istiqamətlər üzrə aparılmasının tərəfdarı olduğu bildirilib.

Nazir üçtərəfli bəyanatların hərtərəfli icra olunmasının vacib olduğunu diqqətə çatdırıb. Bu xüsusda, bəyanatların Ermənistan tərəfindən icra olunmayan müddəalarının həyata keçirilməsinin zəruriliyi vurğulanıb, o cümlədən Ermənistan tərəfindən Azərbaycan ərazilərində minaların basdırılmasının və mina xəritələrinin tam şəkildə verilməməsinin ciddi problem olduğu qeyd edilib.

Görüş zamanı, həmçinin normallaşma prosesinə yardım edən digər humanitar məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Ermənistan Xarici İşlər Nazirliyinin bəyanatına görə, Mirzoyan qeyd edib ki, iki ölkənin sərhədində yeni münaqişələrin baş verməməsi üçün sərhəddə beynəlxalq monitorinq və nəzarət mexanizmi həyata keçirilməlidir.

Tərəflər üçtərəfli danışıqların davam etdirilməsi barədə razılığa gəliblər.



Әlaqәli Xәbәrlәr