Venesuelada torpaq sürüşməsi nəticəsində 22 nəfər ölüb

Venesuelada yağan leysan yağışlardan sonra baş verən torpaq sürüşməsi nəticəsində 22 nəfərin həyatını itirdiyi, 50-dən çox adamın itkin düşdüyü bildirilir.

1890425

Paytaxt Karakasın qərbində yerləşən Las Tejerias şəhərində yağan leysan yağışları bölgədəki bir çox çayın daşmasına və torpaq sürüşməsinə səbəb olub.
Venesuelanın vitse-prezidenti Delsi Rodriges torpaq sürüşməsi nəticəsində 22 nəfərin həyatını itirdiyini, 50-dən çox  itkin düşmüş şəxsin axtarışlarının davam etdiyini bildirib.
Təbii fəlakət nəticəsində  həyatını itirənlər arasında uşaqların da olduğunu qeyd edən Rodriges ölkədə 3 günlük matəm elan edildiyini bildirib.
Rəsmilər bölgədə bir saat yarımdan çox davam edən leysan yağışları səbəbindən bir çox evin dağıldığını, bəzi yaşayış məntəqələrində elektrik enerjisinin kəsildiyini açıqlayıb.
Qeyd edək ki, bölgədə axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

Әlaqәli Xәbәrlәr