Avstriyada keçirilən prezident seçkilərində Aleksandr van der Bellen qalib gəlir

Oktyabrın 9-da  Avstriyada keçirilən prezident seçkilərində hazırkı dövlət başçısı Aleksandr van der Bellen qalib gəlir.

1890388
Avstriyada keçirilən prezident seçkilərində Aleksandr van der Bellen qalib gəlir

Oktyabrın 9-da  Avstriyada keçirilən prezident seçkilərində hazırkı dövlət başçısı Aleksandr van der Bellen qalib gəlir.

Səsvermənin ilkin nəticələrinə görə, Aleksandr van der Bellen 56 %-dən çox səs toplayıb.

Beləliklə, van der Bellen səsvermənin ilk turunda seçicilərin yarıdan çoxunun dəstəyini qazanaraq qalib gəlib. Hazırkı prezidentin rəqibi, sağçı Azadlıq Partiyasından Volter Rozenkrants sәslәrin təxminən 18 faizini toplayıb.

Qeyd edәk ki, rәsmi nәticәlәr bu hәftә ölkәnin Daxili İşlәr Nazirliyi tәrәfindәn açıqlanacaq.



Әlaqәli Xәbәrlәr