"Türkiyenin NATO-ya üzvlüyümüzü yaxın zamanda təsdiqləcəyinə ümid edirəm", S.Marin

Finlandiyanın Baş naziri Sanna Marin Çexiyanın paytaxtı Praqada keçirilən qeyri-rəsmi Aİ Liderlər Sammiti zamanı jurnaistlərə açıqlama verib.

1889912
"Türkiyenin NATO-ya üzvlüyümüzü yaxın zamanda təsdiqləcəyinə ümid edirəm", S.Marin

"Finlandiyanın NATO üzvlüyünün yaxın zamanda Türkiye tərəfindən təsdiqlənəcəyinə ümid edirəm".

Bunu Finlandiyanın Baş naziri Sanna Marin Çexiyanın paytaxtı Praqada keçirilən qeyri-rəsmi Aİ Liderlər Sammiti zamanı jurnaistlərə açıqlamasında deyib. 

Oktyabrın 6-da Praqada keçirilən "Avropa siyasi birliyi" Zirvə Toplantısı zamanı prezident Rəcəb Tayyib Ərdoğanla keçirdiyi görüşlə bağlı sualı cavablandıran Marin Ərdoğanla ölkəsinin NATO üzvlüyünün təsdiqi prosesini müzakirə etdiklərini deyib.

Prezident Ərdoğanın “Məsələ Finlandiya deyil” dediyini qeyd edən Marin onu deyib ki, Türkiye ilə bağlı siyasətimizdə həmişə tutarlı olmuşuq. Madrid Zirvəsindən əvvəl (NATO-nun 30 iyun tarixində keçirilən toplantıbı) danışıqlar aparmışıq. İndi o razılaşmaları yerinə yetiririk. Ümid edirəm ki, Türkiye NATO-ya üzvlüyümüzü yaxın zamanda təsdiq edər".

İsveç və Türkiye arasında eyni mövzuda aparılan danışıqlara münasibət bildirmək istəməyən Marin “Mən hesab edirəm ki, Finlandiya və İsveçin NATO-ya yaxın zamanda qoşulması vacibdir, çünki bu, Avropanın şimalında təhlükəsizlik məsələsidir”, -deyə bildirib.



Әlaqәli Xәbәrlәr