Sergey Lavrov gündəmdəki aktual mövzuları qiymətləndirib

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Amerika Birləşmiş Ştatları (ABŞ) və müttəfiqlərinə Ukraynadakı vəziyyətə daha çox müdaxilə etməmək barədə xəbərdarlıq edib.

1889999
Sergey Lavrov gündəmdəki aktual mövzuları qiymətləndirib

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Amerika Birləşmiş Ştatları (ABŞ) və müttəfiqlərinə Ukraynadakı vəziyyətə daha çox müdaxilə etməmək barədə xəbərdarlıq edib.

“Vahid Rusiya” siyasi partiyasının onlayn qaydada keçirilən  iclasında iştirak edən Sergey Lavrov gündəmdəki aktual məsələlərlə bağlı açıqlamalar verib.

Ukrayna prezidenti Volodimir Zelenskinin “NATO Rusiyaya qarşı qabaqlayıcı hücum həyata keçirməlidir” ifadələrini qiymətləndirən Sergey Lavrov deyib:

"Bu şəxs bütün dünyaya Kiyev rejimindən gələn təhdidlərin daha bir sübutunu ortaya qoydu. Biz bu təhlükələri aradan qaldırmaq üçün fevralın 24-də xüsusi hərbi əməliyyata  başladıq". 

ABŞ və müttəfiqlərinin beynəlxalq ictimaiyyəti nüvə silahından istifadə ehtimalı ilə təhdid etməyə çalışdığını bildirən Lavrov deyib:

"Biz ABŞ-a və Kiyev rejiminin digər sponsorlarına Ukraynadakı vəziyyətə daha çox müdaxilə etməmək barədə xəbərdarlıq edirik.  Rusiyanın nüvədən çəkindirmə sahəsi ilə bağlı siyasətinin və hərbi doktrinasının əsasları dəyişməzdir. Vaşinqton və Vaşinqton rəhbərliyinə xidmət edənlərin cəhdləri beynəlxalq ictimaiyyəti qorxutmaq məqsədi daşıyır''.

NATO və Avropa İttifaqının (Aİ) Ukraynaya dəstəyini davam etdirdiyinə diqqət çəkən rusiyalı nazir deyib: ''Zelenski və onun administrasiyası NATO və Aİ-yə öz şərtlərini təqdim etməyə başladı”.



Әlaqәli Xәbәrlәr