Rəcəb Tayyib Ərdoğan Ursula fon der Leyen və Petr Fiala ilə görüşüb

Avropa İttifaqı Komissiyasının sədri Ursula fon der Leyen prezident Rəcəb Tayyib Ərdoğan ilə ikitərəfli əlaqələr, Ukrayna, enerji və miqrasiya mövzularını müzakirə etdiklərini bildirib.

1889762

Ursula fon der Leyen və Çexiyanın Baş naziri Petr Fiala Praqada keçirilən Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Türkiye prezidenti Rəcəb Tayyib  Ərdoğanla üçtərəfli görüş keçirib.

Görüşdən sonra internet səhifəsində paylaşım edən Ursula fon der Leyen Ərdoğanla səmərəli görüş keçirdiklərini bildirib.
“Avropa İttifaqı-Türkiye münasibətləri, Rusiyanın Ukraynaya müdaxiləsi, enerji və miqrasiya məsələləri ətrafında fikir mübadiləsi apardıq”,-deyə Ursula fon der Leyen bildirib.

Fiala isə etdiyi paylaşımda bu ifadələrə yer verib:
“Praqada keçirilən sammitdə Ursula fon der Leyen və prezident Rəcəb Tayyib Ərdoğanla Aİ və Türkiye arasındakı ikitərəfli əlaqələr, enerji, qaz təchizatı, miqrasiya, eləcə də Ukraynadakı müharibənin həlli və Türkiyenin bu prosesdki rolunu müzakirə etdik''.

Әlaqәli Xәbәrlәr