Nigeriyada menengitdən 56 nəfər ölüb

Nigeriya Xəstəliklərə Nəzarət Mərkəzindən (NCDC) verilən açıqlamada meningit epidemiyasının paytaxt Abuca ilə yanaşı bəzi ştatlarda da yayıldığı bildirilib.

1889816
Nigeriyada menengitdən 56 nəfər ölüb

Nigeriyada menengit epidemiyası səbəbindən 56 nəfər ölüb.

Nigeriya Xəstəliklərə Nəzarət Mərkəzindən (NCDC) verilən açıqlamada meningit epidemiyasının paytaxt Abuca ilə yanaşı bəzi ştatlarda da yayıldığı bildirilib.

Açıqlamada bildirilib ki, meningitə 961 yoluxma faktı qeydə alınıb, 56 nəfər dünyasını dəyişib.

Epidemiya ilə mübarizə aparmaq üçün araşdırmanın başlanıldığı bildirilib. Açıqlamada boyun və baş ağrısından əziyyət çəkənlərin  dərhal xəstəxanaya müraciət etmələri barədə xəbərdarlıq edilib.

Açıqlamada  NCDC-nin 2030-cu ilə qədər xəstəliyə qalib gəlmək üçün mübarizəsini davam etdirdiyi vurğulanıb.

Beyindən başlayaraq bütün bədənə təsir edən menengit tənəffüs yolu ilə də keçə bilər.



Әlaqәli Xәbәrlәr