Praqada Azərbaycan, Ermənistan, Fransa və Aİ Şurası liderlərinin görüşü olacaq

Oktyabrın 6-da Praqada Avropa Siyasi Birliyi liderlərinin görüşü keçiriləcək.

1888960
Praqada Azərbaycan, Ermənistan, Fransa və Aİ Şurası liderlərinin görüşü olacaq

Oktyabrın 6-da Azərbaycan Prezidenti İlham Əliyev, Fransa Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Praqada dördtərəfli görüşün keçirilməsi nəzərdə tutulur.

"Armenpress"in xəbərinə görə, Paşinyan "Avropa Siyasi Birliyinin sammitində iştirak etmək üçün Praqaya gedirəm. Orada mənim, Azərbaycan Prezidenti, Fransa Prezidenti və Avropa İttifaqı Şurasının Prezidenti arasında dördtərəfli görüşü planlaşdırılır" ifadələrindən istifadə edib.

Qeyd edək ki, oktyabrın 6-da Praqada Avropa Siyasi Birliyi liderlərinin görüşü keçiriləcək.

Görüşdə prezident Rəcəb Tayyib Ərdoğanın da iştirakı gözlənilir.

İclasın sonunda rəsmi açıqlama və ya rəsmi qərarların qəbul ediləcəyi nəzərdə tutulmur.



Әlaqәli Xәbәrlәr