Bayden Ukraynaya lazım olan müddətdə kömək etməyə davam edəcəyi vədini verib

ABŞ Prezidenti Cozef Bayden ukraynalı həmkarı Volodimir Zelenski ilə telefon danışığı aparıb.

1888433
Bayden Ukraynaya lazım olan müddətdə kömək etməyə davam edəcəyi vədini verib

ABŞ Prezidenti Cozef Bayden ukraynalı həmkarı Volodimir Zelenski ilə telefon danışığı aparıb.

C. Bayden söhbət zamanı Kiyevə 625 milyon dollarlıq hərbi yardımın növbəti tranşının ayrılması qərarını açıqlayıb.

Ağ Evin mövzu ilə bağlı yaydığı məlumatda bildirilib ki, prezident Bayden Ukraynaya lazım olan müddətdə kömək etməyə davam edəcəyinə söz verib. Xüsusən də bu gün o, təhlükəsizlik yardımının 625 milyon dollar məbləğində yeni tranşını təqdim edib.

Yardıma HIMARS sistemləri, digər müxtəlif artilleriya sistemləri və sursatları, zirehli texnikalar da daxildir.

C.Bayden həmsöhbətinə ABŞ-ın Rusiyaya qarşı məhdudlaşdırıcı tədbirləri davam etdirməyə hazır olduğunu vurğulayıb.

ABŞ prezidenti həmçinin İstanbulda imzalanmış və Ukrayna taxılının beynəlxalq bazara çıxmasına imkan verən taxıl dəhlizi sazişinin uğurunu alqışladığını bildirib və Ukraynanın azadlığı və demokratiyası üçün beynəlxalq səyləri hər zaman dəstəkləyəcəklərini vurğulayıb.



Әlaqәli Xәbәrlәr