Somalinin mərkəzində baş verən terror aktlarında ölənlərin sayı 36-ya çatıb

Somalinin mərkəzində dünən (3 oktyabr 2022) baş verən terror aktlarında ölənlərin sayı 36-ya çatıb.

1888333
Somalinin mərkəzində baş verən terror aktlarında ölənlərin sayı 36-ya çatıb

Somalinin mərkəzində dünən (3 oktyabr 2022) baş verən terror aktlarında ölənlərin sayı 36-ya çatıb.

Paytaxt Moqadişunun şimalındakı Beledveynedə törədilən 3 intihar hücumunda ikisi hökumət məmuru olmaqla 36 nəfər ölüb, 73 nəfər yaralanıb.

Hiran valisi Əli Ceyste bildirib ki, terrorçuların intihar hücumları onları qorxutmayacaq və bölgədəki əməliyyatları dayandırmayacaq.

Aralarında uşaq və qadınların da olduğu 24 ağır yaralı təyyarə ilə Moqadişuya aparılıb.

Məsuliyyəti terror təşkilatı Əl-Şəbabın üzərinə götürdüyü hücumların Somali ordusu və Amerika qüvvələrinin Hiran bölgəsində həyata keçirdiyi əməliyyatlardan sonra baş verməsi diqqət çəkib.



Әlaqәli Xәbәrlәr