Yaponiya Şimali Koreyaya etiraz notası verib

Şimali Koreya Yapon dənizi istiqamətində ballistik raket buraxıb

1886711
Yaponiya Şimali Koreyaya etiraz notası verib

TRT Yaponiyanın müdafiə naziri Hamada Yasukazuya istinadən xəbər verir ki, Yaponiyaya məxsus patrul gəmiləri bölgədə olan gəmiləri sursat parçaları aşkarladıqları təqdirdə onlara yaxınlaşmamağa və dərhal səlahiyyətli orqanlarla əlaqə saxlamağa çağırıb.

Müdafiə naziri Hamada qeyd edib ki, Şimali Koreyanın qərb sahilindən Yapon dənizi istiqamətində atılan raketlər Yaponiyanın müstəsna iqtisadi zonasından kənara düşüb.

Şimali Koreyanın səbəbsiz yerə təxribatları artırdığına diqqət çəkən nazir: “Bu sınaqlar silsiləsi Yaponiyanın və regionun sülh və təhlükəsizliyini təhdid edir. Hökumətimiz Pekin səfirliyi vasitəsilə Şimali Koreyaya etiraz notası verib.” Nazirin sözlərinə görə raketlərin düşdüyü bölgədə dağıntı qeydə alınmayıb.

Xatırladaq ki, ilin əvvəlindən indiyədək KXDR artıq 20 analoji sınaq keçirib. Sonuncu sentyabrın 28-də baş tutub.

 

 



Әlaqәli Xәbәrlәr