Nigeriyada 1,2 milyon uşağın təcili təhsilə ehtiyacı var

Nigeriya Müəllimlərin Qeydiyyat Şurasının baş icraçı direktoru Olusequn Ajiboye bildirib...

1886930
Nigeriyada 1,2 milyon uşağın təcili təhsilə ehtiyacı var

 

  Nigeriyada 1,2 milyon uşağın təcili təhsilə ehtiyacı olduğu açıqlanıb.

  Nigeriya Müəllimlərin Qeydiyyat Şurasının baş icraçı direktoru Olusequn Ajiboye ölkənin şimal-şərqindəki Borno, Adamava və Yobe əyalətlərində Boko Haram və İSWAP terror təşkilatlarının hücumlarından ən çox uşaqların təsirləndiyini bildirib. Bu əyalətlərdə baş verən terror hücumları səbəbiylə 1,2 milyon uşağın təcili təhsilə ehtiyacı olduğuna diqqət çəkən Olusegun Ajiboye deyib: "Nigeriyanın şimal-şərqindəki terror və iğtişaşlarla bağlı 2009-cu ildən bəri 1500-dən çox məktəb bağlanmalı olub. Əyalətlərdə 910 məktəb ya zədələnib, ya dağılıb, 2295 müəllim isə həlak olub.

  Ölkədə baş verən terror hadisələri xarici sərmayələri azaldıb və bu da yerli iqtisadiyyatı gün-gündən zəiflədir”.



Әlaqәli Xәbәrlәr